Xəzər Xəbər

"Kral" Uruqvay dustaqxanasından qaçdı - 22 il axtarışda olub

Hadisə | 13:33 • 26 İyun 2019
"Kral" Uruqvay dustaqxanasından qaçdı - 22 il axtarışda olub

İtalyan mafiyasının başçılarından biri Rokko Morabito cəza çəkdiyi Uruqvay dustaqxanasından qaçıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, orada vətəninə ekstradisiya olunacağını gözləyirmiş. Uruqvay artıq "Milanın kokain kralı" kimi tanınan Morbitonu İtaliyaya verməyə razılaşmışdı.

Qeyd edək ki, Morabito "Ndranqeta" qruplaşmasının başçısı sayılır. 1995-ci ildən axtarışda olan "Milanın kokain kralı" 2017-ci ildə Uruqvayın Punta-del-Este şəhərində saxlanılmışdı. (qafqazinfo)

Xəbər lenti