Xəzər Xəbər

Bakıda 2 nəfər itkin düşdü - MÜRACİƏT

Hadisə | 10:18 • 20 İyun 2019
Bakıda 2 nəfər itkin düşdü - MÜRACİƏT

Bakıda ata 22 yaşlı oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

XəzərXəbər xəbər verir ki, Nərimanov rayon sakini Nizami Hüseynov 18-ci Polis Şöbəsinə müraciət edərək oğlu, 22 yaşlı Natiq Hüseynovun iyunun 17-də evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Bundan başqa Xətai rayon sakini, 1995-ci il təcvəllüdlü Orxan Səfərov 35-ci Polis Şöbəsinə müraciət edərək atası, 1973-cü il təvəllüdlü Müvət Səfərovun iyunun 19-u günorta saatlarından itkin düşməsini bildirib.

Hər iki müraciətlə bağlı araşdırma aparılır.

Xəbər lenti