Xəzər Xəbər

Bakıda 2 avtomobil toqquşub, ölən var

Hadisə | 13:39 • 26 Aprel 2019
Bakıda 2 avtomobil toqquşub, ölən var

Bakının Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi "VAZ-2107” və Azad Orucovun idarə etdiyi "Priora” markalı avtomobillər toqquşub. Xəsarət alan hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilmiş, N.Məmmədov orada ölüb.


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti