Xəzər Xəbər

Ağdamda 10 aylıq körpəsini öldürən qadınla bağlı YENİ XƏBƏR

Hadisə | 13:50 • 17 Aprel 2019
Ağdamda 10 aylıq körpəsini öldürən qadınla bağlı

Daxili İşlər Nazirliyi Ağdam rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti