Keçən ilin dekabrınd Nəsimi rayonunda ağır yol qəzası törədən sürücünün işi məhkəməyə göndərilib.
Dekabrın 7-də Nəsimi rayonunun R.Behbudov küçəsind idarə etdiyi "İveco” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhər sakini Cümşüd Kərimlini vurub öldürən Qobustan rayon sakini Qəhrəman Ağabalayevin işi Nəsimi rayon Məhkəməsinə göndərilib.
Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə prosesi çərçivəsində aprelin 16-na baxış iclası təyin edilib./publika.az