Xəzər Xəbər

Bakıda metronun qarşısında sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR

Hadisə | 11:06 • 1 Aprel 2019
Bakıda metronun qarşısında sərnişin avtobusu dəhşətli qəza törətdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Nəsimi rayonu ərazisində - 28 May metrostansiyasının qarşısındakı meydanda 46 saylı marşrut xətti üzrə hərəkət edən və Masallı rayon sakini N.Həmidovun idarə etdiyi "Daewoo” markalı, 10 TG 758 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.

Avtobus dəmir yolu vağzalının qarşısından hərəkətə başlayarkən 1954-cü il təvəllüdlü Şəhla Hadıyeva nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır./publika.az

Xəbər lenti