Xəzər Xəbər

Bakı sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

Hadisə | 12:14 • 30 Mart 2019
Bakı sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

Bakı şəhər sakinindən külli miqdarda narkotik vasitə olan marixuana götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.


Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti