Xəzər Xəbər

Gecə saat 4-də köşkə basqın etdi – BAKIDA

Hadisə | 14:10 • 29 Mart 2019
Gecə saat 4-də köşkə basqın etdi

Bakıda soyğunçuluq hadisəsi baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də saat 4 radələrində Xətai rayonunun Sarayevo küçəsindəki köşklərin birinə gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan tütün məmulatı və danışıq kartı aparıb.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Hacıyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti