Paytaxt sakini tapdığı silah-sursatı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş "Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 patronu polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə verib.