Xəzər Xəbər

Tomatın içindən soxulcan çıxdı Ailə XƏSTƏXANALIQ OLDU

Hadisə | 17:34 • 4 Fevral 2019
Tomatın içindən soxulcan çıxdı

Marketdən aldığı bibər tomatından soxulcan çıxdı.

Türkiyənin Bitlis şəhərində baş verən bu hadisə təsadüfən aşkarlanıb.

Belə ki, marketdən aldıqları bibər tomatından yemək hazırlayandan sonra ailə qarın ağrısı şikayəti ilə xəstəxanaya gedib. Ancaq ağrının nədən qaynaqlandığı məlum olmayıb.

Bir neçə gün sonra təkrar qabı açanda bibər tomatının içində soxulcan olduğunu görüblər. Əvvəl onun ip olduğunu düşünüblər, daha sonra soxulcan olduğunu anlayıblar.

Ailənin şikayətindən sonra Kənd Təsərrüfatı və Meşə Nazirliyi mütəxəssisləri marketdən eyni markaya aid başqa bir bibər tomatından yoxlamaq üçün laborator nümunə götürüb./publika.az

Xəbər lenti