Xəzər Xəbər

Yanan gəmilərdə 16 Türkiyə vətəndaşı olub , 4-ü ölüb

Hadisə | 09:21 • 23 Yanvar 2019
Yanan gəmilərdə 16 Türkiyə vətəndaşı olub , 4-ü ölüb
Yanvarın 21-də Kerç boğazında yanğına məruz qalan Tanzaniya bayrağı altında üzən iki gəmidə 16 Türkiyə vətəndaşı olub.


Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, gəmilərdəki türkiyəli ekipaj üzvlərindən 8-i xilas edilib, 4-nün meyiti tapılıb, 4 nəfər isə itkin düşüb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Xəbər lenti