Xəzər Xəbər

Həbsxanaya spirtli maddə keçirilməsinin qarşısı alınıb

Hadisə | 14:18 • 15 Yanvar 2019
Həbsxanaya spirtli maddə keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 133.2.1; 133.2.3; 133.2.4; 144.3; 182.2.3; və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti