Xəzər Xəbər

Bakıda 12 otaqlı evdə yanğın baş verib

Hadisə | 12:12 • 15 Yanvar 2019
Bakıda 12 otaqlı evdə yanğın baş verib

Bakıda 12 otaqlı ev yanıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 600 m² olan dördmərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən hamam otağının taxtadan ibarət üzlüyü 3 m² sahədə yanıb, yüksək temperaturdan sanitar qovşağının lambirindən ibarət tavanı 3 m² sahədə və evin giriş hissəsində 2 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar