Xəzər Xəbər

Beyləqanda sürücü avtomobili aşırdı: Özü öldü, arvadı yaralandı

Hadisə | 16:52 • 31 Dekabr 2018
Beyləqanda sürücü avtomobili aşırdı:

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Abşeron rayon sakini Yaqub Ağalarov idarə etdiyi "Opel” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini, arvadı Minə Omarxanova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti