DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elxan İsayev saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə "Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 "Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlaması da müəyyən edilib. Araşdırmalar aparılır.