Xəzər Xəbər

Adanada platonik sevgi dəhşəti - Qadının üzünü, burnunu və boynunu doğradı

Hadisə | 15:48 • 24 Dekabr 2018
Adanada platonik sevgi dəhşəti - Qadının üzünü, burnunu və boynunu doğradı

Necdet hadisə yerindən qaçsa da polis onu yaxalayıb.

35 yaşlı Necdet Erdoğan Artural aşiq olduğu 31 yaşlı Serap Sağlamdan qarşılıq görə bilmədiyi üçün ona hücum edib.

Hadisə Türkiyənin Adana şəhərində baş verib.

O, qadını küçədə görüb və ona yaxınlaşıb. Daha sonra qadının üzünü əlindəki bıçaqla kəsməyə başlayıb.

Qadın üzünü əlləri ilə qorumağa çalışsa da bıçaq əllərini, qulaqlarını və boynunu kəsib.

Serap Sağlam ətrafdakı insanların köməkliyi ilə xilas ola bilib. Xəstəxanaya yerləşdirilən qadının bədəninə 80 tikiş vurulub.

Necdet hadisə yerindən qaçsa da polis onu yaxalayıb.

Qadın jurnalistlərə müsahibəsində oğlanın cəzalandırılmasını istəyib.

AzNews.az

Xəbər lenti