Xəzər Xəbər

İtkin düşən qadın amansızlıqla qətlə yetirilibmiş

Hadisə | 12:19 • 20 Dekabr 2018
İtkin düşən qadın amansızlıqla qətlə yetirilibmiş
Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Xəbər lenti