Xəzər Xəbər

43 yaşlı kişi qarajda ölü tapıldı – Axşam arvadı ilə …

Hadisə | 12:35 • 15 Dekabr 2018
43 yaşlı kişi qarajda ölü tapıldı – Axşam arvadı ilə …

Ötən gün Rusiyanın Omsk vilayətində 14-cü hərbi şəhərciyin ərazisində yerləşən "Motor-66" kooperativinə məxsus qarajların birində ölüm hadisəsi qeydə alınıb.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, ərazinin gözətçisi hər axşam olduğu kimi, yenə də iş başında idi. Yoxlama zamanı qarajlardan birinin qapısının açıq olması onun diqqəti cəlb edir.

Qarajın işığını yandırarkən o, yerindəcə donub qalıb – qaraj sahibi sakitcə, gözüyumlu vəziyyətdə masada oturmuşdu.

Gözətçi əlini onun boynuna toxunduraraq, nəbzini yoxlamaq istəyir. Məlum olur ki, qaraj sahibi artıq dünyasını dəyişib. O, dərhal təcili yardıma və hüquq-mühafizə orqanlarına xəbər verir.
Həkimlər 43 yaşlı kişinin vəfat etdiyini təsdiqləyirlər.

Araşdırma zamanı məlum olur ki, həmin gün axşam işdən evə gələn mərhum həyat yoldaşı ilə mübahisə edib. Xanımını sakitləşdirməyə çalışsa da, mübahisə daha da qızışıb. Evdən çıxan kişi sakit bir yerdə tək qalmağı qərara alır və qaraja gəlir.

İlkin məlumata görə, ölümə səbəb ürəktutması olub.

Qeyd edək ki, faktla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, hadisənin bütün detalları və səbəbləri müəyyən ediləcək.

Xəbər lenti