Xəzər Xəbər

Azərbaycanda evlənmək məqsədilə 10 qız qaçırılıb

Hadisə | 10:33 • 15 Dekabr 2018
Azərbaycanda evlənmək məqsədilə 10 qız qaçırılıb
Azərbaycanda 2018-ci ilin birinci yarısında 10 qız evlənmək məqsədilə qaçırılıb.

Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin birinci yarısında ümumi cinayətlərdən 13-ü adam oğurluğu ilə bağlı olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 12844 cinayət faktı qeydə alınıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətən 2.6 faiz azdır.

Şəxsiyyət əleyhinə qeydə alınmış 2476 cinayətin 129-u şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdir. Bunlardan 12-si zorlanma ilə bağlıdır.

Xəbər lenti