Şəmkirdə polisə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub.
XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 12-də saat 18 radələrində DİN-in "102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib. Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.
Araşdırma aparılır.