Xəzər Xəbər

Məmurun 150 min manatını oğurlayan dəstə məhkəmə qarşısında

Hadisə | 13:44 • 6 Dekabr 2018
Məmurun 150 min manatını oğurlayan dəstə məhkəmə qarşısında

Vəzifəli şəxsin 150000 manatını oğurlayan dəstənin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində evdən içərisində 30 000 dollar və 100 000 manat dəyərində qızıl olan seyf oğurlamaqda təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə üzrə məhkəmə iclası başlayıb.

XəzərXəbər-in məlumatına görə, cinayət iş hakim Eldar İsmayılovun sədrliyi ilə aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan Qədirov Abil Qərib oğlu Xətai rayon Polis idarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.

Cinayət işi üzrə iki nəfər - Yelena Kobelkova və Abil Qədirov zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Abil Qədirov Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. Sonra isə həmin şöbənin Abşeron rayon üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilib. Hazırda isə qaçqınların, məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Sabunçu rayonu üzrə sektor müdiridi.

Xəbər lenti

Çox oxunanlar