Xəzər Xəbər

Şirvanda mal-qara qəzaya səbəb oldu

Hadisə | 13:34 • 27 Noyabr 2018
Şirvanda mal-qara qəzaya səbəb oldu

Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.

"Report”un məlumatına görə, hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi "Kamaz” markalı "66-BE-643" dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.

Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.

Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır.

Xəbər lenti