Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: mikroavtobusla maşın toqquşdu

Hadisə | 20:49 • 19 Noyabr 2018
Azərbaycanda DƏHŞƏTLİ QƏZA:

Bərdə rayonunda yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar