Xəzər Xəbər

Bakıda avtobuslarda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Hadisə | 14:39 • 8 Noyabr 2018
Bakıda avtobuslarda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elnur Qurbanovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində xətt avtobuslarında 4 qadının çantalarından içərisində pul və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Tutulan şəxs ətrafında araşdırmalar davam etdirilir.

Xəbər lenti