Xəzər Xəbər

Bakı sakini evində diri-diri yandı

Hadisə | 09:28 • 8 Noyabr 2018
Bakı sakini evində diri-diri yandı

Bakıda 4 otaqlı ev yanıb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.


Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti