Xəzər Xəbər

Bakıda oğru iş başında yaxalandı

Hadisə | 12:06 • 19 Oktyabr 2018
Bakıda oğru iş başında yaxalandı
Polis əməkdaşlarının sayıqlığı sayəsində dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən şəxs cinayət başında yaxalanıb.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, oktyabrın 18-də saat 19 radələrində Bakı şəhər sakini Bayramalı Mirzəyev Əhmədli dəmir yolu stansiyasının ərazisindən 60 ədəd taxta şpal, 30 ədəd metal şpal altlığını, 60 ədəd şpal birləşdiricisini, 4 ədəd rels bağlayıcısını və digər əşyaları avtomobilə yükləyib apararkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti