Xəzər Xəbər

Dənizdə iki nəfər batıb

Hadisə | 09:08 • 5 Avqust 2018
Dənizdə iki nəfər batıb

Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.


Bildirilib ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.

Xəbər lenti