Biləsuvar Gömrük
İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından
piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama
aparılıb.
DGK-dan XəzərXəbər-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı, vətəndaşın əlində
saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22
qram olan narkotik vasitə - heroin aşkar olunub.