Xəzər Xəbər

Bakıda qadınlar arasında kütləvi dava olub

Hadisə | 10:04 • 20 İyun 2018
Bakıda qadınlar arasında kütləvi dava olub

Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.


"Report” xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.


Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.


V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Xəbər lenti

Çox oxunanlar