Xəzər Xəbər

Mənzilinə qalxa bilməyən artıq çəkili şəxs FHN-i köməyə çağırdı

Hadisə | 10:04 • 18 İyun 2018
Mənzilinə qalxa bilməyən artıq çəkili şəxs FHN-i köməyə çağırdı

FHN mənzilinə qalxa bilməyən artıq çəkili şəxsə yardım edib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib. Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunmuşdur. Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırmışlar. Əməliyyat başa çatmışdır.

Xəbər lenti