Xəzər Xəbər

Almaniyada hava şarı qəzaya uğradı - 6 nəfər xəsarət aldı

Hadisə | 16:32 • 17 İyun 2018
Almaniyada hava şarı qəzaya uğradı -

Almaniyanın qərbində, Varendorf şəhərinin yaxınlığında hava şarının qəzaya uğraması nəticəsində 6 nəfər xəsarət alıb.


Trend-in yerli polisə istinadən verdiyi məlumata əsasən, hadisə ötən gün yerli vaxtla 20:55-də baş verib. Şarın qəzaya uğradığı zaman güclü yağış yağdığı qeyd olunur. Şar yerə 10 metr yüksəklikdən düşüb.


Xəsarət alan 6 nəfərdən 3-ü ciddi xəsarətlər alıblar. Onlarda biri helikopter vasitəsi ilə xilasetmə xidmətinin xəstəxanasına çatdırılıb.


Hadisənin daha dəqiq səbəbləri araşdırılır.

Xəbər lenti

Çox oxunanlar