Xəzər Xəbər

Gədəbəy sakinini döyüb maşınını qaçırdı

Hadisə | 12:05 • 4 İyun 2018
Gədəbəy sakinini döyüb maşınını qaçırdı
İyunun 3-də Gədəbəy Rayon Polis Şöbəsinə Novo-Saratovka kəndi ərazisindən Sonalar kənd sakini Süleyman Alıyevə məxsus "VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə kəndin ərazisində şüşələri sındırılmış vəziyyətdə tapılıb.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Novo-Saratovka kənd sakini Emin Musayev saxlanılıb. Onun avtomobili qaçırdıqdan sonra şüşələrini daşla sındırması, həmçinin münaqişə zəminində S.Alıyevi döyməsi də müəyyən edilib. Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

Xəbər lenti