Xəzər Xəbər

FHN 37 nəfəri yanğından xilas etdi

Hadisə | 14:34 • 31 May 2018
FHN 37 nəfəri yanğından xilas etdi
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti