İran İslam
Respublikasından Azərbaycan ərazisinə daxil olan yük avtomobili Astara
Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin
əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və
yoxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub.
Kinoloji
xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı
dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və
ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı
araşdırma aparılır.