Xəzər Xəbər

Mağazalardan mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Hadisə | 16:43 • 2 Aprel 2018
Mağazalardan mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan, ümumilikdə, yeddi mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb.


Araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyənləşdirilib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar