Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb.
DMX-dan XəzərXəbər-ə verilən məlumata görə, eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti ilə
birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 8 Nepal
vətəndaşı tutulub.
Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində
olma və yaşama qaydalarını pozduqları məlum olub. Nepal vətəndaşlarına
öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq
əmək haqqı olan iş vəd edilib, aldadılaraq Azərbaycana gətirilib və
sonradan qanunsuz miqranta çevriliblər.
Parajuli Sitaram əvvəllər
törətdiyi qanunsuz əməllərə görə DMX tərəfindən ölkə hüdudlarından
kənara çıxarılıb. Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün
saxlanılmış Kamerun vətəndaşı Lourile Teneng Meshi Christellenin
əvvəllər Azərbaycanda tələbə olduğu müəyyən edilib.
Belə ki,
L.T.Meshi Christelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi
verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq o, ölkə
ərazisini tərk etməkdən boyun qaçırıb. Əcnəbilərin Azərbaycan
Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq
tədbirlər görülür.