Xəzər Xəbər

Valideynlər uşağı metroda unutdu Bakıda

Hadisə | 18:14 • 8 Mart 2018
Valideynlər uşağı metroda unutdu

"Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib".

Bunu "Report”a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, uşaq metronun "Nəriman Nərimanov” stansiyasında tapılıb: "Uşağın valideynləri metronun "28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda "Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.

Xəbər lenti