Beyləqanda qəza nəticəsində iki nəfər ölüb.
XəzərXəbər-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd "VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə
yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq
xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar
Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif
oğlunun cəsədlərini deformasiyaya uğramış "VAZ” markalı avtomobildən
çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.