Körpə basdırılan zaman dirilib
həkim böyük səhvə yol verib
Hadisə
|
12:14 • 22 Fevral 2018
Hindistanda doğum evində həkim böyük səhvə yol verib.
Valideynlərinə yeni doğulan oğlan uşağının öldüyünü deyən həkimlər, uşağı plastik qabda atasına veriblər.
Dəfn
mərasiminə hazırlıq gedərkən körpənin əmisi plastik qabdan səs
gəldiyini eşidib. Qabı açarkən körpənin sağ olduğu müəyyən edilib.
Körpəni xəstəxanaya çatdıran zaman məlum olub ki, uşaqda virus var və o,
müalicə olunmalıdır. Körpənin valideynləri uşağa diaqnoz qoyan həkimlə
əlaqə saxlamağa çalışsalar da, alınmayıb. Xəstəxanadan yalnız onu
bildiriblər ki, həkimlər cəzalanacaq.
Sputnik Azərbaycan