XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı avtomobilin palçıqlı ərazidə qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərə müvafiq köməklik göstərilib.