Xəzər Xəbər

Qatar küləyi qızın ağır yaralanmasına səbəb oldu

Hadisə | 13:03 • 15 Fevral 2018
Qatar küləyi qızın ağır yaralanmasına səbəb oldu

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbər lenti