Xəzər Xəbər

4 evi və 5 avtomobili taladı

Hadisə | 12:25 • 10 Fevral 2018
4 evi və 5 avtomobili taladı

Gəncədə oğurluqla məşğul olan şəxs ələ keçib. 

Xezerxeber.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə rayon ərazisindəki 1 evin liftinin əyləc dolağını, 4 evdən, 5 avtomobildən, 1 mağazadan pul, akkumulyator, inşaat materialları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov tutulub.

Araşdırma aparılır.

Xəbər lenti