Xəzər Xəbər

28 yaşlı qız prospektin ortasında öldü - Bakıda faciəvi hadisə

Hadisə | 12:14 • 4 Fevral 2018
28 yaşlı qız prospektin ortasında öldü -

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində - Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.

Hadisə şahidləri bildiriblər ki, piyadanı "Fiat Doblo" markalı avtomobil vurub. Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin tapılması istiqamətində iş aparılır. Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb.

Xəbər lenti