Daşaltı əməliyyatından 26 il ötür
Hadisə
|
09:48 • 26 Yanvar 2018
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür.
XəzərXəbər xəbər verir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ
müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə
yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa
yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni
yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq
müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3
bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Taktiki
səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat
sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi
istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin
pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım
isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara
görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki
verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə
ermənilər bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.