Biləsuvar Gömrük
İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn
İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun
olaraq şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən
XəzərXəbər-ə verilən məlumata görə, yoxlama nəticəsində həmin şəxsin daxili
orqanı-düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan
bükümdə ümumi xalis çəkisi 57,20 qram olan "Metamfetamin" adlı
psixotrop maddə aşkar olunub. Qeyd edək ki, aşkar edilən psixotrop maddə
"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən
psixotrop maddələrin"in I Siyahısına daxildir.
Bundan başqa Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran
vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus çantaya gömrük baxışı
keçirilib. Yoxlama zamanı çantadakı şəffaf selofan paketdən 48 ədəd və
çantadakı şalvarın cibindən isə 1 ədəd olmaqla, gömrük nəzarətinə bəyan
olunmayan ümumilikdə 49 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M20"
yazısı olan "Metadon" adlı həblər aşkar edilib.
Qeyd edək ki,
Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi
məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 49
ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,98 qram
təşkil edir. Hər iki faktla bağlı araşdırma aparılır.