Xəzər Xəbər

Sinif yoldaşları 13 yaşlı oğlanı pendirlə öldürdülər

Hadisə | 16:57 • 11 Yanvar 2018
Sinif yoldaşları 13 yaşlı oğlanı pendirlə öldürdülər

Böyük Britaniyada 13 yaşlı oğlan sinif yoldaşlarının ona qarşı etdikləri pis zarafata qurban gedib.

İnsident Qərbi Londonun Qrinford məktəbində baş verib. Əslən hindistanlı olan Karanbir Çimanın pendirə qarşı kəskin reaksiyasının olduğunu bilən sinif yoldaşları onun yeməyinə pendir qatıblar.

Karanbirin süd məhsullarına qarşı güclü allergiyasının olması bütün yoldaşlarına məlum olsa da bu axmaq zarafat balaca oğlanın həyatına son qoyub. 11 gün reanimasiyada həyat uğrunda mübarizə aparan uşağı həkimlər xilas edə bilməyiblər. Polis Karanbirin yeməyinə pendir qatan uşağı onun həyatına qəsd etməklə ittiham edərək saxlayıb.

Sinif yoldaşları həmin oğlanın bütün məktəb illəri ərzində hindli uşağı cırnatdığını, ona qarşı qərəzli münasibət göstərdiyini bildiriblər.

Xəbər lenti

Çox oxunanlar