Xəzər Xəbər

Yük maşını su kanalına aşdı

Hadisə | 13:27 • 10 Yanvar 2018
Yük maşını su kanalına aşdı

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt -Astara magistral yolunun 200-cü kilometrliyində rayonun Digah kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Howo Sinotruck-336" markalı, 99 JG 435 dövlət qeydiyyat nömrə nişanlı yük maşını qarşı tərəfdən gələn "Mercedes" markalı, 10 RN 812 dövlət qeydiyyat nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində hərəkət istiqamətini dəyişən yük maşınının sürücüsü yolun kənarında dayanan insanlara ziyan verməmək üçün nəqliyyat vasitəsini yoldan çıxarıb. Nəticədə maşın beton maneəyə çırpılaraq, su kollektoruna aşıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti