Xəzər Xəbər

Paytaxta çathaçatda təyyarəni ildırım vurdu

Hadisə | 13:09 • 10 Yanvar 2018
Paytaxta çathaçatda təyyarəni ildırım vurdu

Finlandiyanın "Finnair” aviaşirkətinə məxsus təyyarəni uçuş həyata keçirən zaman ildırım vurub.

Helsinkidən Tailanda uçan təyyarə paytaxt Banqkoka yaxınlaşarkən ildırım zərbəsinə məruz qalıb.

Qeyd olunur ki, təyyarədə 336 sərnişin və heyət üzvü olub. İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Təyyarə Banqkok hava limanında uğurla eniş edib. (trend)

Xəbər lenti