Xəzər Xəbər

Mingəçevirdə yataqxana yanıb 17 nəfər təxliyə olunub

Hadisə | 10:15 • 4 Yanvar 2018
Mingəçevirdə yataqxana yanıb

Mingəçevirdə yanğın hadisəsi baş verib.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, şəhərdə dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti