Xəzər Xəbər

1600 yerlik dayanacaqda bütün avtomobillər yandı

Hadisə | 12:39 • 1 Yanvar 2018
1600 yerlik dayanacaqda bütün avtomobillər yandı

İngiltərənin Liverpul şəhərində 1600 yerlik avtomobil dayanacağı yanıb.

Yanğın nəticəsində dayanacaqda olan bütün avtomobillər yanıb.

Hadisə atların beynəlxalq sərgisinin keçirildiyi "Echo Arena" əyləncə meydançasında baş verib. Yanğın nəticəsində sonuncu - dördüncü şou ləğv edilib və heyvanlar təxliyə olunub.

Yerli sakinlər tüstünün yayılması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

İlkin araşdırmalara görə, yanğın avtomobillərin birində başlayıb, daha sonra isə digər avtomobillərə keçib. Nəticədə, dayanacaqda olan bütün avtomobillər yararsız vəziyyətə düşüb.

Xəbər lenti

Çox oxunanlar